Karyerasını başa vurduğunu açıqladı

İrlandiyalı döyüşçü Konor Makreqor növbəti dəfə karyerasını başa vurduğunu elan edib.

Newsport.az-ın məlumatına görə, bu haqda o, özünün Tvitter səhifəsində məlumat yayıb. “Qərara gəldim ki, döyüşlərdən gedim. Xoş xatirələrə görə təşəkkür” – deyə o yazıb.

Qeyd edək ki, buna qədər Makreqor iki dəfə karyerasının başa vurduğunu elan etsə də, sonradan idmana qayıdıb.

Daha öncə yayılan xəbərə görə, UFC prezidenti Dena Uayt Makreqorla Həbib Nurmaqomedovun titul döyüşünü təşkil etmək istəyir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right