Azərbaycan idmançılarının qatılacağı MDB oyunlarının yeni tarixi açıqlandı

Bu il Rusiyanın Kazan şəhərində keçirilməli olan MDB ölkələrinin Oyunlarının vaxtı açıqlanıb.

Newsport.az-ın yerli mətbuata istinadən məlumatına görə, bu barədə ölkənin İdman naziri Oleq Matıtsin nazirliyin iclasında deyib.

O bildirib ki, yarışı sentyabrın əvvəlində təşkil etmək istəyirlər.

Matıtsin bir müddət əvvəl TASS-a açıqlamasında MDB Oyunlarının koronavirus pandemiyası dövründə dünyada ilk böyük turnir olacağını söyləmişdi: "Ümid edirəm ki, yarış baş tutacaq. Həm də bunun nə dərəcədə çətin tapşırıq olduğunu başa düşürük".

Qeyd edək ki, MDB ölkələrinin Oyunları 20 - 27 avqustda keçirilməli idi. Yarışda Azərbaycan da daxil olmaqla, MDB-nin 11 ölkəsindən yaşı 16-dək olan 2 500 idmançı iştirak edəcək. Turnirin proqramına 21 idman növü salınıb. Oyunlarda 280 dəst medal sahibini tapacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right