IWF prezidenti Azərbaycanın 500 min dollarını mənimsəyib

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) sabiq prezidenti Tamaş Ayanın haqqında aparılan istintaq davam edir. Newsport.az xəbər verir ki, istintaqı aparan kanadalı Riçard Maklarenin verdiyi açıqlamalar isə diqqət çəkib. 
 
O bildirib ki, Ayanın zamanında beynəlxalq federasiyaya daxil olan 10,4 milyon dollar mənimsənilib. Bu pulların içində ən böyük məbləği isə Azərbaycan ödəyib. 
 
Belə ki, 10,4 milyon dolların içində 500 min dollar Azərbaycana məxsus dopinq cərimələridir. 
 
Qeyd edək ki, sabiq federasiya prezidenti rüşvət almaqla dopinq nəticələrini gizlətməkdə ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb. 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right