"O qədər xəstə var ki, xəstəxanalarda yer tapmaq olmur" Şərif Şərifov

Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifovun müsahibəsi
 
- Hazırda Bakıdasınız, yoxsa Dağıstanda?
 
- Mahaçqalada, ailəmin yanındayam.
 
- Dağıstanda koronavirusla əlaqədar yoluxma və ölüm sayında xeyli artım var. Siz özünüz necəsiniz?
 
- Artıq hər şey qaydasındadır. Mən özüm də bu virusa yoluxmuşdum. Hətta anam ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu ilə xəsətxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Mayın 19-da evə buraxıldı. Hər şey yaxşılığa doğru gedir.
 
- Bu, koronavirusla bağlı problem idi?
 
- Düşünürəm ki, bəli, koronavirus idi. Düzdür, test götürmədilər, amma simptomları var idi. Anamdan fərqli, mən yüngül formada keçirdim. Yalnız qızdırma və ağrılar var idi.
 
- Yaxınlarınızdan daha kimlər vurusa yoluxmuşdu?
 
- Bütün ailəmiz - mən, həyat yoldaşım, anam, atam bacım xəstələnmişdi. Sanki hamı bir-birinə ötürürdü. Bu, adi qrip deyil, təhlükəli virusdur. Qripin simptomları daha yüngül olur. İnsanlar düşünürdülər ki, ev şəraitində sağala bilərlər. Bunun baş vermədiyini görəndə xəstəxanalara müraciət edirdilər ki, həmin vaxt da gec olurdu. Nəticədə çoxlu insan öldü. 
 
- İndi özünüzü necə hiss edirsiniz?
 
- Özümü yaxşı hiss edirəm. Buna baxmayaraq, özümü izolyasiya etməyə, evdən bayıra çıxmamağa çalışıram.
 
- Virusa yoluxduğunuzu nə vaxt bildiniz?
 
- Ramazan ayının gəlişi ilə xəstələndik. Artıq bir həftədir ki, sağalmışam. 
 
- Sizcə, infeksiya kimdən keçə bilər?
 
- Bu barədə heç nə deyə bilmərəm. Hər şey çox anidən oldu.
 
- Demək olarmı ki, Dağıstanda koronavirusla bağlı ümumi vəziyyət yaxşı deyil?
 
- Bəli. O qədər çox xəstə var ki, xəstəxanalarda yer tapmaq olmur. Amma artıq vəziyyət müsbətə doğru dəyişir. Ümid edirəm ki, getdikcə daha da yaxşı olacaq.
 
- Vəziyyət niyə bir anda bu qədər pisləşdi?
 
- Düşünürdük ki, adi qripdir, sadəcə, bunu çox şişirdirlər. Sonra yoluxmaya sanki çox tez start verildi, sayı o qədər çoxaldı ki, insanlar panikaya düşməyə başladılar. Bayaq da dediyim kimi, iik dövrdə xəstaxanada boş yerlər yox idi. İndi isə azalma müşahidə olunur. İstənilən halda, yenə də klinikalarda xəstələrin sayı çoxdur. Səbəblər yetərincədir. İnsanlar da günahkardırlar. Xəstəxanalar azdır, dərman, qoruyucu vasitələr tapılmır. Hətta çoxlu sayda həkim də virusa yoluxub. 
 
- Xəstəliklə bağlı Azərbaycan Güləş Federasiyasını məlumatlandırmısınız?
 
- Federasiyamızın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudova məlumat verdim ki, xəstələnmişəm. Sadəcə, test vermədim.
 
- Azəbaycana nə vaxt qayıtmağı düşünürsünüz?
 
- Sərhədlər mayın 31-dək bağlıdır. Həmin vaxtadək qayıtmayacağımı dəqiq bilirəm. Məşqlərin vaxtı və yeri dəqiqləşəndən, sərhədlər açılandan sonra Bakıya dönəcəyəm.
 
- Yəqin bilirsiniz ki, Bakıya qayıtdıqdan sonra 2 həftəlik karantində olacaqsınız...
 
- Açığı, hələlik nəyin necə olacağını bilmirəm. Bakıda vəziyyət necədir?
 
- Burada karantin rejimi yumşaldılıb...
 
- Bizdə isə hələ də yollar bağlıdır. İnsanlar küçəyə çıxsalar da, hər şey nəzarət altındadır. (report)




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah