Millimizin üzvü Belarus klubunda

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib. Newsport.az xəbər verir ki, bu barədə klubun “facebook” səhifəsi məlumat yayıb.

Məlumata görə, 27 yaşlı oyunçu 2020-21 mövsümündə bu komandada çıxış edəcək. Əzizova "Minçanka"ya transferindən məmnunluğunu bildirib: “Bu komandada oynamağı çox istəmişəm, onları davamlı izləyirdim. Həmişə Rusiya çempionatında oynamaq istəyirdim”.

Qeyd edək ki, “Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita Əzizova 2012 – 2017-ci illərdə “Telekom”da oynayıb. O, 2017-ci ildə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah