"Çindən döndükdən sonra özümü piss hiss edirdim" Ramil Quliyev

Azərbaycanlı atlet Ramil Quliyev deyib Türkiyə mətbuatına müsahibə verib.  Newsport.az xəbər verir ki, qardaş ölkənin millisinin şərəfini qoruyan dünya və Avropa çempionu avqustdakı qitə birinciliyi zamanı tədbirlər alınacağını söyləyib:

"Əgər riskli vəziyyət olsa, bizi heç kim Parisə çağırmaz. Bəzi məlumatlar verildi. Əgər risk olarsa, ora getdikdən sonra xüsusi avtobus ayrılacaq, küçəyə çıxıb gəzə bilməyəcəyik. İdmançılarla nümayəndələr bir yerdə qalacaqlar. Nə çöldən içəri girən olacaq, nə də içəridən çölə çıxan. İşçi minimum sayda olacaq. Bizə gələn təlimatlar bunlardır. Bundan başqa, bizi ora xüsusi təyyarə ilə aparacaqlarını düşünürəm. Avqustda bu yarışın təşkil olunacağına inanıram. Mənim əsas hədəfim ünvanı qorumaqdır".

30 yaşlı idmançı səhhətində də problemlər yaşadığını vurğulayıb: "Dohadan gələndə narahat idim. Ondan sonra Yaponiya və Çinə getdik. Tez-tez ölkə dəyişdirdiyim üçün Çindən döndükdən sonra özümü pis hiss edirdim. Təşkilat Komitəsinin baş direktoruna müraciət etdim. O, bədənimdə virus olduğunu, buna qarşı dərmanın olmadığını dedi və gözləməyimi məsləhət gördü. Mayın sonlarında daha da pisləşdim. 39 dərəcə hərarətim var idi. İstanbulda həkimə getdim. Virus ağciyərə düşmüşdü. Müalicə ilə virus getsə də, iynə-dərmanlar performansıma da təsir etmişdi".

Həmyerlimiz sonda həyatında verdiyi ən çətin qərarın ölkə dəyişdirmək olduğunu deyib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah