"Formula 1" yarışı azarkeşsiz başlaya bilər

“Formula 1” üzrə dünya çempionatında yeni mövsüm Avropada başlaya bilər. Newsport.az xəbər verir ki, bu barədə yarışın idman direktoru Ross Braun “Sky Sport”a açıqlama verib.

Braun mövsümə tezliklə başlamaq istədiklərini və koronavirus pandemiyasına görə ilk yarışların azarkeşsiz keçirilə biləcəyini bildirib. O, Qran-pri təşkil etməməkdənsə, azarkeşsiz olmasının daha yaxşı olduğunu qeyd edib.

Bununla yanaşı, "Grand Prix Radio"su yarışın başlanma tarixini açıqlayıb. Bildirilir ki, mövsüm iyulun 19-da Böyük Britaniya mərhələsi ilə start götürəcək. Azərbaycan Qran-prisi isə oktyabrın 11-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 - 7 iyunda keçirilməli idi.      

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right