Rəcəbovla Məmmədov Aronyana başsağlığı verdilər Foto

Martın 15-i İrəvanda ağır yol qəzası törədən filippinli qadın şahmatçı Ariana Kauli ötən gün xəstəxanada vəfat edib.

 

Newsport.az xəbər verir ki, Ariana Kaulinin həyat yoldaşı, erməni şahmatçı Levon Aronyan sosial şəbəkə hesabında üzüntüsünü paylaşıb:

 

“Ariananın ölümü ilə əlaqədar kədərimi ifadə etməyə söz tapa bilmirəm. O, ağıllı, zəhmətkeş və gözəl bir ömür yaşamış mehriban insan idi… Səni çox sevirəm, rahat yat…”

 

Şahmat dünyası və qrossmeysterlər 37 yaşlı şahmatçıya başsağlığı verib. Onların arasında azərbaycanlı şahmatçılar - Rauf Məmmədov və Teymur Rəcəbov da var. Teymur “Dərin başsağlığı, Levon…” şərhini yazıb.

 

Rauf isə “Başsığlığı verirəm... Döz, Levon” sözlərini qeyd edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right