FIDE prezidenti Rəcəbovun iddiaçılar turnirindən imtina etməsindən danışdı

Beynəlxalq Şhmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç iddiaçılar turnirini dayandırmaqları barədə danışıb.

 

Newsport.az xəbər verir ki, FIDE-nin rus rəhbəri həm də Teymur Rəcəbovun yarışdan imtina etməsindən də söz açıb.

 

“Teymur Rəcəbov turnirdən koronavirusa görə imtina etdi. Teymura qarşı hörmətsizlik etməmişik. Ciddi tədbirlər görülmüşdü. Gündə 2 dəfə tibbi baxış, koronavirus testləri təşkil etdik. Azarkeşlər turnirə buraxılmadı, media ilə ünsiyyətə məhdudiyyət qoyuldu. Bu, Rəcəbovun öz qərarı idi. Biz ona tibbi baxışdan keçməyi təmin edəcəkdik. Yarış iştirakçılarında COVID-19 testi müsbət çıxmadı. Rusiya höküməti aviasiya əlaqələrinə qadağa qoyduğu üçün yarış dayandırıldı. Ancaq bu, turnirin ləğv edilməsi anlamına gəlməməlidir”.

 

Teymur Rəcəbov turnirdən koronavirus pandemiyasına görə imtina etmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah