Federasiya şahmat millisinin üzvlərini aldadıb

Azərbaycan millisinin xanım şahmatçılarının Azərbaycan Şahmat Federasiyasından narazılığı yalnız əməkhaqqıların 700 manata endirilməsi ilə bağlı deyil.
 

Newsport.az xəbər verir ki, 2020-ci ildən qurum son Avropa çempionatının bürünc mükafatçılarının maaşlarını da vaxtında vermir. 

 

Şahmat ölkəsinin şərəfini beynəlxalq yarışlarda inamla qoruyan peşəkarlar həm təkrarlanan devalvasiyalar  fonunda qəpik-quruş sayılan aylıqlarından, həm də gündəlik yaşama belə çətinliklə çatan əməkhaqqıların vaxtında köçürülməməsindən təngə gəlib.

 

Düzdü, qadınlardan ibarət yığmaya qitə birinciliyinin bürünc medallarını qazandıqları üçün mükafat verilib. Hər şahmatçıya 15 min azn pul çatıb. Lakin federasiyanın verdiyi digər sözlər söz olaraq qalıb.

 

Qurum rəhbərliyi hər yığma üzvünə xüsusi məşqçi ayrılacağını, qrosmeyster xanımların əlavə yarışlara göndəriləcəyini desə də, vədinə xilaf çıxıb (fanat.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right