“Evdə qal, idmansız qalma!” layihəsinə start verilir

Gənclər və İdman Nazirliyi “İdman TV” ilə birgə yeni – “Evdə qal, idmansız qalma!” televiziya layihəsinə start verir.

 

Newsport.az xəbər verir ki, martın 25-də saat 11:00-dan “İdman TV”də start götürəcək layihədə olimpiya, dünya və Avropa çempionları “Skype” vasitəsilə evdən müxtəlif idman nümunələri göstərəcəklər.

 

Layihənin ilk qonağı olimpiya və dünya çempionu Fərid Mansurov olacaq. Növbəti günlərdə Elnur Məmmədli, Toğrul Əsgərov və digər titullu idmançılar da TV layihəyə qoşulacaqlar.

 

Əsas məqsəd idmana marağı artırmaq, vətəndaşların evdə qaldıqları müddət ərzində idmandan, sağlam həyat tərzindən uzaq düşməmələridir.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah