"İddiaçılar turniri təxirə salınmadan bitərsə, uduzan bizim şahmat olacaq" Şəhriyardan Teymura

Sankt-Peterburqda iddiaçılar turniri davam edir. Newsport.az xəbər verir ki, Şəhriyar Məmmədyarov sosial şəbəkə hesabında son durumla bağlı izah verib:

 

“Salam dostlar. Mart 14-u Almaniya bundesliqasında oynamalıydım. Bünün üçün aeroporta yollanmışdım. Ora çatanda klubumdan zəng gəldi. Bildirildi ki, görüşlər təxirə salınır. Belədə, hava limanından geri döndüm. Almaniyanın təhlükəli vaxtında verdiyim sözə və müqaviləyə əsasən, ora uçmağa hazır idiim. Liqa olmadığını biləndə, həm üzüldüm, həm də sevindim. Çünki heç kim istəməz ki, 2 günə görə bu təhlükəli dönəmdə Avropaya səfər etsin və sonra, ən azı 2 həftə karantində qalsın. Üzüldüm ona görə ki, 20 gündür bu 2 oyuna hazırlaşmışdım.

 

Eyni hadisə bugünlərdə Teymurla bağlıdır. İddiaçıların turniri hər şahmatçının böyük arzusudur. Ən azı, mənim üçün belədir. Son mücadilədə 2-ci yerə çıxdım və bundan sonra qarşıma ilk pilləni tutmaq məqsədi qoymuşdum. Çox təəssüflər olsun ki, bu dəfə fürsətim olmadı. Olsaydı, əlbəttə rəqabətə qoşulardım. Martın 14-ü Almaniyaya yollanmaq istəyən, Rusiyaya niyə getməsin? (gülümsəyir) Yəni, 100 faiz səfərə çıxardım. Rəcəbovun imtina etditi yarış dayanarsa, sözsüz, çox düz verilmş qərar olacaq. Yox əgər turnir davam edərsə və bitərsə, uduzan bizim şahmat olacaq.

 

Mən isə buna çox üzülərəm. Amma daha çox ona üzülərəm ki, bu qədər gözəl təşkil olunmuş və bu qədər maraqlı oyunlar olan turnir dayansın! Çünki bütün dünya indi bu yarışı izləyir. Orda oynayan 8 dost – həmkarıma can sağlığı arzu edirem. Qoy ən güclü qalib olsun. İnanıram k, mənim və ya bizim şahmatçıların yenə iddaçıların turnirində mübarizə aparmaq imkanı olacaq. Təhlükə onsuz da hər yerdə var, amma uğur hər yerdə yoxdur!”

 

Teymur Rəcəbov iddiçılar turnirindən koronavirusa görə imtina etmişdi.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah