Teymur Rəcəbov: “Özümü təcrid etmişəm, karantində deyiləm”

Teymur Rəcəbov  koronavirus pandemiyasına görə özünü təcrid edib.

 

Newsport.az-ın məlumatına görə, 32 yaşlı  qrossmeyster sosial şəbəkə hesabında bu barədə ətraflı məlumat verib:

 

“Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, “Instagram” vasitəsilə nüfuzum daha da artır”.

 

Rəcəbov koronavirusa görə martın 15-də Sankt-Peterburqda keçirilən iddiaçılar turnirindən imtina edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right