Azərbaycan boksçularının lisenziya turnirində rəqibləri bəlli oldu

Londonda keçiriləcək boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin püşkü atılıb.

 

Newsport.az-ın məlumatına görə, 40 ölkədən 350 idmançının qatılacağı yarışda Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

 

Yığmamızın heyətində 1 boksçu 1/32, 5-i 1/16, digər 5-i 1/8 finaldan mübarizəyə qoşulacaq.

 

“Copper Box Arena”da keçiriləcək yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına 77 lisenziya öz sahibini tapacaq. Bunlardan 50-si kişi boksçuların, 27-si qadın idmançıların payına düşəcək.

 

Kişilərin yarışında 52 kq, 57 kq və 63 kq-da ilk “səkkizlik”də qərarlaşacaq boksçular Olimpiadada iştirak hüququ qazanacaqlar. 69 kq, 75 kq və 81 kq-da “altılıq” lisenziyaya sahib olacaq. Ağır çəkilərdə – 91 kq və +91 kq-da isə “dördlük” Tokio-2020 arzusunu reallaşdıracaq.

 

Qadın boksçularımızın mübarizə aparacağı 51 kq və 57 kq çəki dərəcələrində “altılıq” lisenziyaya sahib olacaqsa, 75 kq-da isə “dördlük” Olimpiadada iştirakını rəsmiləşdirəcək.

 

Martın 14-də start götürəcək turnir ayın 24-də başa çatacaq.

 

Kişilər
14 mart
1/32 final
75 kq

Kamran Şahsuvarlı – Edin Avdiç (Avstriya)

 

1/16 final
57 kq

Tayfur Əliyev – Bişara Sabbar (İsrail)

 

15 mart
1/16 final
63 kq

Cavid Çələbiyev – Kiril Rusinov (Bolqarıstan)

 

91 kq
Rauf Rəhimov – Mücahit İlyas (Türkiyə)

 

16 mart
1/16 final
69 kq

Lorenzo Sotomayor – Dmitri Qalaqot (Moldova)

 

1/8 final
52 kq

Rüfət Hüseynov – Kosmin-Petre Girleanu (Rumıniya)

 

17 mart
1/8 final
81 kq

Alfonso Dominqes – İbrahim Bazuyev (Almaniya)/Stefan Hrekul (Ukrayna)

 

18 mart
1/8 final
+91 kq

Məhəmməd Abdullayev – Adam Kulik (Polşa)

 

Qadınlar
1/16 final
14 mart
51 kq

Anaxanım Ağayeva – Tatyana Kob (Ukrayna)

 

17 mart
1/8 final
57 kq

Məhsəti Həmzəyeva – Aycan Güldağı (Türkiyə) / Cenefer Fernandes (İspaniya)

 

75 kq
Aynur Rzayeva – Yelizaveta Vojçik (Polşa).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right