Bakıdakı Formula-1 keçirilməyə bilər

Azərbaycanda idman qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb.

 

Newsport.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırda hər bir dövlətin əsas məqsədi bütün dünyanı narahat edən koronavirus infeksiyasının insanlar arasında yayılmasının qarşısını almaq və əhalinin sağlamlığını qorumaqdır.

 

Ölkəmizdə əhalinin böyük hissəsinin tez-tez istifadə etdikləri məkanlardan biri də idman obyektləri və qurğulardır. Müxtəlif əhali qrupları, o cümlədən idmançıların sağlamlığının əsas olduğunu nəzərə alaraq, vaxtında qabaqlayıcı tədbirlər görülməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin tabeliyində olan olimpiya idman komplekslərinin və digər idman müəssisə və qurğularının fəaliyyəti müvəqqəti dayandırılıb. 

 

Bununla yanaşı, Bakıda keçirilməsi nəzərdə tutulan cüdo üzrə “Böyük dəbilqə”, karate üzrə Avropa çempionatı və Formula-1 Azərbaycan qran-prisinin də təxirə salınması ilə bağlı müzakirələr aparılır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right