Azərbaycan yığması koronavirusa görə Qran-priyə gedə bilmədi

Mərakeşin paytaxtı Rabatda 6 - 8 martda keçirilməsi planlaşdırılan cüdo üzrə Qran-pri turniri ləğv olunub.

Newsport.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb koronavirus epidemiyasının yayılmasıdır.

Yarış Mərakeş hökumətinin qərarı ilə ləğv edilib. Bildirilib ki, ölkədəki bütün beynəlxalq idman yarışları, sərgilər və kütləvi toplantılar ləğv edilib və ya təxirə salınıb.

IJF gözlənilməz qərarla bağlı üzr istəyib. Yarışda öncədən Azərbaycan cüdoçularının da iştirakı nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right