Azərbaycanlı hakimlər Avropa kuboku yarışlarında

Ötən həftənin sonu böyüklər və yeniyetmə cüdoçular arasında Avropa kuboku uğrunda yarışlar keçirilib. Azərbaycanlı hakimlər də beynəlxalq turnirləri idarə edən ədalət təmsilçiləri arasında yer alıblar.

Beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov Polşanın Varşava şəhərində keçirilən böyüklər arasında Avropa kuboku yarışını idarə edib. Daha bir beynəlxalq dərəcəli referimiz Nazim Umbayev isə Türkiyənin Antalya şəhərində baş tutan yeniyetmə cüdoçuların Avropa kuboku yarışında ədalət təmsilçisi olub.

Hər iki hakimimiz yarış ərəfəsində baş tutan seminarlarda da iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right