Avstriyanın Zaltsburq şəhərində Karate1 premyer liqa turnirinə start verilib.
Newsport.az-ın məlumatına görə, Rafiz Həsənov (67 kq) finala yüksəlib.
Rafael Ağayev (75 kq) türkiyəli rəqibinə uduzaraq mübarizəni erkən dayandırıb. Ağayevin uduzduğu türkiyəli idmançı yarımfinalda məğlub olduğu üçün karateçimiz təsəlliverici görüşlərə qatılmayacaq.
Buna baxmayaraq, Ağayev Tokio-2020-yə lisenziya qazanmağı bacarıb.