Yığmamız “Böyük dəbilqə”yə əsas heyətlə yollandı

Azərbaycan cüdo yığması Almaniyaya yollanıb. Newsport.az xəbər verir ki, komandamız Düsseldorf şəhərində keçiriləcək “Böyük dəbilqə” turnirinə qatılacaq. Yarışda yığmamızın əsas heyət üzvləri - Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Ketsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Larisa-Aleksandra Florian, İçinxorlu Munxtsedev (hər ikisi 57 kq) və İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar. 

Fevralın 21-də start götürəcək və 3 gün davam edəcək turnirdə 120 ölkədən 718 (427 qadın, 291 kişi) cüdoçunun iştirakı gözlənilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right