Ağahüseyn Mustafayevdən erməni güləşçi üzərində fantastik geri dönüş

Romada güləş üzrə Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, Ağahüseyn Mustafayev (70 kq) ilk mərhələdə Ermənistan idmançısı Qevorq Mxeyanla üz-üzə gəlib.

Dramatik görüş olduqca gərgin və maraqlı alınıb. Prinsipial qarşılaşmaya erməni güləşçi daha yaxşı başlayıb və 8:0 önə keçib. Ancaq özünü itirməyən Ağahüseyn inanılmaz əzmkarlıq nümayiş etdirərək fantastik geri dönüş edib.

İkinci hissədə rəqibə göz açmağa imkan verməyən Mustafayev yarışa inamlı qələbə qazanıb - 15:8.

Ağahüseyn Mustafayev bu gün finalda Polşa təmsilçisi Məhəmmədmurad Hacıyevlə qarşılaşacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right