Bakıda keçiriləcək mötəbər yarışdan YENİ XƏBƏR

Fevralın 15-16-da Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarının təqvimi açıqlanıb.

Newsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirin birinci günündə tamblinq və batut gimnastikasi üzrə fərdi təsnifat yarışları baş tutacaq.

Həmçinin batut üzrə sinxron cütlüklər arasında təsnifat yarışları təşkil olunacaq. Dünya kubokunun ikinci günündə isə təsnifat yarışlarında uğurla çıxış edən gimnastlar final mərhələsində mübarizə aparacaqlar.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 30 ölkə iştirakını təsdiqləyib. Təxminən 150 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq.

Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right