Sənan Süleymanov Romada Avropa çempionu oldu

Azərbaycan yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov qızıl medala yiyələnib.

O, finalda macarıstanlı Zotlan Levaiyə qalib gəlib. Bununla da S.Süleymanov karyerasında ilk dəfə Avropa çempionu olub. Süleymanov mübarizəyə təsnifat mərhələsindən başlayıb.

O, əvvəlcə Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanı 5:3, 1/8 finalda italiyalı Matteo Maffetsolini 7:0, 1/4 finalda yunanıstanlı Georgios Prevolarakisi 6:4 (tuşe) və yarımfinalda ermənistanlı Karapen Çalyanı 3:0 hesabı ilə yenib.

Azərbaycan yunan-Roma güləşçisi Eldəniz Əzizli İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində yer alan qitə və dünya çempionu 3-cü yer uğrunda görüşdə italiyalı Covanni Frenini vaxtından əvvəl təmiz qələbə ilə yenib - 9:0. Bu qalibiyyət üçün Əzizliyə 1 dəqiqə 6 saniyə lazım gəlib.

Əzizli mübarizəyə 1/4 final mərhələsindən başlayıb. O, ilk görüşündə Ermənistan təmsilçisi Rudik Mrktçyanı məğlub edib - 7:1. Növbəti görüşündə isə azərbaycanlı pəhləvan Bolqarıstandan olan Edmond Armen Nazaryana uduzub - 5:7.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right