"Milli Gimnastika Arenasında bizim üçün hər cür şərait yaradılıb"

"Bakıda batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarından əvvəl təşkil olunan təlim-məşq toplanışımız uğurla davam edir.

Hazırlığın Bakıda keçirilməsi turnirə hazırlaşmağa çox kömək edir".

Newsport.az-ın məlumatına görə, bu sözləri Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarında çıxış edəcək Gürcüstan idmançısı Lyuba Qolovina fevralın 8-də Milli Gimnastika Arenasında jurnalistlərə müsahibəsində deyib.

Üç Olimpiadanın iştirakçısı olan batut gimnastı bildirib: “Bizim üçün Milli Gimnastika Arenasında hər cür şərait yaradılıb. Buna görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildiririk.

Gündə iki dəfə məşq edirik. Ab-havanın gözəl olması diqqətimizi yayındırmadan proqramımızı yerinə yetirməyə kömək edir. Ümid edirəm ki, məşqlər eyni ritmdə davam edəcək və dünya kubokunda yaxşı nəticələr qazanacağıq”.

Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə 30 ölkə iştirakını təsdiqləyib. Təxminən 150 gimnast yarışda birincilik uğrunda mübarizə aparacaq. Ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right