Həbs olunan milli üzvünün “Fənərbaxça”ya aidiyyatı varmı?

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev bir müddət əvvəl - ötən ilin dekabrında həbs olunub.

Newsport.az-ın məlumatına görə“Gəncə” basketbol klubunun üzvü Azərbaycan çempionatının (böyük ehtimalla, I Divizion oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub. O, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

AFFA-nın baş katibi, indiki icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 8-də AFFA İcraiyyə Komitəsinin iclasından sonra mediaya digər idman növlərindən olan şəxslərin danışılmış oyunlarda iştirakının müəyyənləşdirildiyini bu formada bildirmişdi:

“Biz əvvəl də demişik. Bu, virusdur. Biz bu virusu məhv etməliyik. Bu yaxınlarda yeni adları açıqlayacağıq. Təəssüf ki, onların arasında məşhur adlar da var. Bu insanların bəziləri digər idman növlərində çalışan şəxslərdir”.

Amil Həmzəyev mətbuatda Bakıdakı “Fənərbaxça” idman məktəbinin sahibi kimi təqdim olunur. 2016-cı ilin fevralın 3-də Vergilər Nazirliyinin yaydığı məlumatda Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov, ev 72 D, mənzil 80 ünvanında yerləşən “Fenerbahçe Azərbaycan” MMC-nin qeydiyyata alındığı və onun qanuni təmsilçisinin o olduğu bildirilib. Bu məktəbdə basketbolla yanaşı, futbol və voleybol da fəaliyyət göstərir.

Bildirilir ki, Amil Həmzəyevin Türkiyə klublarından “Fənərbaxça”nın adından istifadə etməsi də təsadüfi deyil. Çünki o, 2008-2009-cu illərdə bu klubun gənclərdən ibarət heyətinə seçilib.

Amil Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında basketbolun 3x3 növündə millimizlə qızıl medal qazanıb. O, ölkəmizdə “Gəncə”nin şərəfini qorumazdan öncə Ukraynanın “Kremen” və Moldovanın “Rıbnitsa” klublarında legioner həyatı yaşayıb.

Məlumata görə, “Fənərbaxça” məktəbi həqiqətən Həmzəyevlər ailəsinə məxsusdur. Sadəcə, rəhbər Amil deyil, onun Amin adlı qardaşıdır.

“ASK Arena“nın bazasında yerləşən məktəb 6-13 yaş qrupları üzrə fəaliyyət göstərir. 3 məşqçi 60-dan artıq uşağa futbolun sirlərini öyrədir. Məktəb ödənişlidir. Qəbul qiyməti 60-100 manat arasında dəyişir.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right