Yığmamızın Türkiyə toplanışı davam edir

Xəbər verdiyimiz kimi, qadınlardan ibarət güləş yığmamız Türkiyədə  təlim-məşq toplanışı keçir. Newsport.az xəbər verir ki, yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Çin Taypeyindən olan komanda ilə birgə hazırlığı davam etdirir.
 
Toplanış fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.
 
Yeri gəlmişkən, Türkiyənin "Beinsport" telekanalı 3 komandanın iştirakıyla baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right