Teymur Rəcəbov Rusiya Prezidenti Administrasiyası rəhbərinin müavini ilə görüşüb

Şahmat üzrə son dünya kubokunun qalibi Teymur Rəcəbov və beynəlxalq qrossmeyster Sergey Karyakin Rusiya Federasiyas Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşüb.

Newsport.az xəbər verir ki, bu barədə Rəcəbov  İnstaqram hesabında paylaşım edib.

Şahmatçımız Kiriyenkoya təşəkkür edib: “Cənab Kiriyenkoya bu səmimi qarşılanmaya görə təşəkkür edirəm. O, məni xüsusi təbrik etdi və gələcəkdə uğurlar arzuladı”.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right