Azərbaycanlı mütəxəssislər Qətərdə beynəlxalq seminarda iştirak ediblər

Qətərin paytaxtı Doha şəhərində Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə hakimlər və məşqçilər üçün beynəlxalq seminar keçirilib.

Newsport.az xəbər verir ki, beynəlxalq Cüdo Federasiyasının rəsmilərinin də iştirak etdiyi seminar həm nəzəri, həm də praktiki hissədən ibarət olub. Tədbirdə cüdonun yeni qayda və qanunlarının tətbiqi əyani şəkildə göstərilib, geniş müzakirə edilib, fikir mübadilələri aparılıb.

Beynəlxalq seminarda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, beynəlxalq dərəcəli referi Fariz Hüseynov və yeniyetmələrdən ibarət milli komandanın məşqçisi Zaur Babayev iştirak edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right