Azərbaycan Super Liqasında fasilə bitir

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında I dövrənin növbəti oyunun keçirilmə yeri və başlama vaxtı dəqiqləşib. Newsport.az xəbər verir ki, çempionatda Avropa Olimpiya Təsnifat Turniri ilə bağlı yaranan qısa fasilə sabah başa çatacaq.

Sabah saat 17:00-da UNEC “Murov”u sınağa çəkəcək. Görüş Voleybol Mərkəzində keçiriləcək.

Qeyd edək ki, mövsümdə hələlik iki matç təşkil olunub. “Mübariz” “Murov”a, “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah