Polina Rəhimova: Ən çox xal qazananlar arasında olmağa öyrəşmişəm

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova Braziliya Voleybol Federasiyasının rəsmi saytına müsahibə verib. Newsport.az xəbər verir ki, Braziliyanın Superliqa təmsilçisi "Sesi Bauru"nun formasını geyinən 30 yaşlı voleybolçu maraqlı fikirlər səsləndirib.

- Avropa və Asiya liqalarında oynamısınız, indi isə Braziliyadasınız. Uyğunlaşma dönəmi necə keçdi?

- Digər qitələrdə oynamışam və görürəm ki, Braziliyada bəzi fərqlər var. Mənim üçün çox maraqlı bir təcrübə oldu. Sürətlə uyğunlaşıram. Yaxşı nəticələr əldə etdiyimiz üçün uyğunlaşma dönəmim asan keçir.

- Braziliyada diqqətinizi nə çəkdi və boş vaxtlarınızda nə edirsiniz?

- Üç il əvvəl Braziliyanın başqa klubundan təklif almışdım, amma gəlməmişdim. Bu dəfə "Sesi Bauru"nun dəvətini qəbul etdim. Superliqada oynayaraq bu təcrübəyə sahib olmaq istədim. Havada fərqlilik məsələsi var, ölkəmdə bu mövsüm qış, burda isə yazdı. Təbii ki, bu hal bədənim üçün çətinlik yaradır. Boş vaxtlarımda yutubda videolar izləməkdən, turist kimi gəzməkdən və keçdiyimiz yerləri daha yaxşı tanımağı sevirəm. Yemək bişirməyi də xoşlayıram.

- Braziliyada oynamaq oyun üslubunuza necə təsir edir?

- Hər oyun yeni bir çağırışdı və həmişə ətrafımızdakı insanlardan bir şey öyrənə bilərik. Mənim üçün Braziliya üslubu praktikada sakitdi, amma oyunlarda fərqli enerji olur. Çox şey öyrəndim, xüsusən də, daha səbirli olmağı.

- Bir oyunda topladığınız xal sayı hələ də rekord olaraq qalır...

- Oynadığım komandalarda ən çox xal qazananlar arasında yer almağa öyrəşmişəm. Bu, mənə əlavə məsuliyyət gətirir, komandaya hücumda rəhbərlik etmək asan deyil. Təbii hal hesab edirəm. Başqa yerlərdə bu rolu oynamışam. Ancaq mən komandanın bir hissəsiyəm və hücumda xal qazanmaq üçün komanda yoldaşlarıma ehtiyacım var.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah