Millimiz Bolqarıstana qarşı Yenilənir

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində bu gün növbəti oyununa çıxacaq. Newsport.az saytının məlumatına görə, A qrupunda qərarlaşan Vasif Talıbovun yetirmələri ikinci sınağını Bolqarıstanla görüşdə verəcək.

Bu, rəqibin qrupda son oyunu olacaq. Bolqarıstan ilk turda Polşaya 1:3, II turda isə meydan sahibi Niderlanda 0:3 hesabı ilə uduzub.

Azərbaycan millisi isə hələlik bir matça çıxıb. Komandamız ilk turda Niderlandla qarşılaşma 0:3 hesablı məğlubiyyətə düçar olub. Millimiz növbəti mərhələ şansını böyük ölçüdə itirən bolqarlar üzərində qələbə qazanmaqla yarımfinala vəsiqə iddiasını davam etdirə bilər.

Qrupun digər görüşündə Niderland Polşaya qalib gəlsə, qrup lideri kimi yarımfinala adlayacaq.

Avropa Təsnifat Turniri
A qrupu
9 yanvar

19:00. Bolqarıstan - Azərbaycan
Apeldorn (Hollandiya), "Omnisport" salonu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right