Tofiq Musayev revanş haqda danışdı: "Hazıram"

"Öncə ölkə prezidenti İlham Əliyevə və xalqıma təşəkkür edirəm. Bu, təkcə mənim yox, Azərbaycanın uğurudur. Sevinirəm ki, zəhmətimiz yerdə qalmadı. Azərbaycan bayrağının hər zaman zirvələrdə olacağına inanıram".

Newsport.az xəbər verir ki, bu sözləri Yaponiyanın Saitama şəhərində MMA üzrə "“Rizin Gran Prix 2019” turnirində qalibi gələrək dünya çempionu adını qazanmış Tofiq Musayev deyib.

Braziliyalı rəqibi ilə revanş döyüşünə hazır olduğunu deyən dünya çempionu hələlik belə bir təklif almadığını bildirib: "Biz ölkəmizi təmsil edirik. Buna görə də məsuliyyət artır. Hələ ki, revanş döyüşü ilə bağlı hər hansı təklif olmayıb. Belə bir təklif olarsa, revanş döyüşünə də hazıram".

Qeyd edək ki, Tofiq Musayev “Rizin Gran Prix 2019” turnirinin həlledici görüşündə “Pitbull” ləqəbli braziliyalı Patrik Freyreni məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right