Tofiq Musayev sınıq əllə qalib gəldiyi döyüşdən danışdı: "Revanşa hər zaman hazıram"

Bu gün Gənclər və İdman Nazirliyində (AGİN) RİZİN təşkilatının ən yüngül çəkidə Qran pri qalibi olmuş Tofiq Musayevin mətbuat konfransı keçirilib. Newsport.az  xəbər verir ki, tədbiri AGİN mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açdı. 
 
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Tofiqin reytinqdə 13-cü pilləyə yüksəlməsi, kəmərə sahib çıxmasını xüsusi qeyd etdi. Tək olimpiya deyil, qeyri-olimpiya növlərində də böyük uğurların olmasını vurğuladı: “Bu da cənab Prezidentin diqqətinin nəticəsidir. Tofiqi bu səviyyəyə çatdırmasına görə məşqçilərinə, valideynlərinə təşəkkür edirəm ki, onu Azərbaycana bəxş edib”.
 
Tofiq Musayev bu uğurda ona dəstək olan hər kəsə təşəkkür etdi: “Bu, tək Tofiq Musayevin deyil, bütün Azərbaycanın uğurudur”.
 
Daha sonra günün qəhrəmanı jurnalistlərin suallarını cavablandırdı: “Revanşa hər zaman hazıram. Ola bilər elə həmin Patriki Freyre ilə bir də görüşdük"
 
Musayev rəqibindən çəkinmədiyini bildirdi: "UFC-dən təkliflər almışam. Şərtləri götür-qoy edəcəyik. Əgər indi mübarizə apardığım RİZİN-lə danışıqlar uğursuz alınsa, onda UFC-də döyüşəcəm”.
 
Musayev hazırlıq prosesi barədə də məlumat verdi: “Düşünürdük ki, bizi nələr gözləyir. Bu idman növündə zədələr qaçılmazdır. Burda xarakter ən başda dayanır. Kaliforniyada təlim-məşq toplanışında iştirak etdik və bu döyüşlərə tam hazır oldum. Güləşdə zəifəm? Hər döyüşçünün öz üslubu olur. Önəmlisi qalib gəlmək idi. Sınıq əllə döyüşürdüm. Məncə, həm yerdə, həm ayaqüstə layiqincə döyüşdüm. Fürsətdən istifadə edib məşqçim Ruslan Əfəndiyevə təşəkkürümü bildirirəm. Mənim ugurumun arxaşında dayanan birinci səbəbkar baş məşqçimdi”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right