Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş Vasif Talıbovun rəhbərlik etdiyi millinin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb
Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanıa qalib gəlib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).
Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.
Avropa Təsnifat Turniri
7 yanvar
Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu.