Fariz Nəcəfov idmançıları təltif etdi

"Qəbələ"nin prezidenti Fariz Nəcəfov klubun digər idman növləri üzrə idmançı və məşqçiləri ilə görüşüb.

Newsport.az-ın məlumatına görə, 2019-cu ilin yekunları ilə bağlı keçirilən görüşdə yola saldığımız ildə uğur qazanmış klub üzvləri iştirak edib.

İdmançılardan Gülşən Bəşirova (cüdo), İmran Yusifov  (cüdo), Kokauri Uşangi  (cüdo), Bəxtiyar Abbasov (MMA), Nəriman Abbasov (MMA), Rafael  Ağayev (karate), Dominqos Alfonso  (boks), Kamran Şahsuvarlı (boks),  Cavad  Ağayev (taekvondo), Alim Nəbiyev (kikboksinq), Pərviz Abdullayev (kikboksinq), məşqçilərdən isə Şəhriyar  Abbasov (MMA),  Ramil İsmayılov (cüdo), Səbuhi Zülfüqarov  (taekvondo) və Fariz Məmmədov (boks) fəxri fərmanlarla təltif ediliblər. Klubun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayevə idman növlərinin inkişafına görə fəxri fərman təqdim olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right