Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırdı Siyahı

Azərbaycanda Bədən tərbiyəsi və İdman sahəsi üzrə 2019-cu ilin ən yaxşıları açıqlanıb.

Newsport.az xəbər verir ki, mükafatçılar bu gün Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş tədbirdə mükafatlandırılıblar.

İlin məşqçiləri: Ziyad Xəlfəyev (Atletika, Nazim Babayevin məşqçisi), Rəşad Əhmədov (Taekvando üzrə yığma komandanın böyük məşqçisi), Əkbər Muradov(Güllə atıcılığı üzrə paralimpiyaçılardan ibarət yığma komandanın baş məşqçisi)

İlin ən yaxşı hakimləri: Emin Qurbanəliyev (boks), Fariz Hüseynov (cudo), Asif Şirəliyev (güləş)

İdman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə: Gimnastika Federasiyası

İlin ən yaxşı federasiyası: Cüdo Fedarasiyası

İlin yekunlarına görə ən yaxşı komanda: Şahmat üzrə qadınlardan ibarət yığma

İlin idman könüllüsü: Dinarə Əliyeva

İlin ən yaxşı Uşaq Gənclər İdman məktəbi: Göyçay rayonu Uşaq Gənclər İdman Məktəbi

İlin ən yaxşı idman təşkilatı: Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti ("Dinamo")

İlin yekunlarına görə ən yaxşı idman həkimi: Olqa Panina (Velosiped İdmanı Federasiyası), Zaur Abdullayev (Boks Federasiyası)

İlin ən fəal veteranı: Tofik Babanlı (boks)

İlin ən yaxşı idman qurğuları: Şəki OİK, Beyləqan OİK, Qazax OİK

İlin ən yaxşı idman verlişlərinin təşkilatçışı: Mehman Rəsulov ("Real" TV)

İlin ən yaxşi idman agentliyi - Oxu.az (Səbuhi Musayev)

İlin ən yaxşı idman televiziya verilişləri kanalı – ATV (Sənan Şəfizadə)

İlin yekunlarına görə ilin ən yaxşı televiziya verilişləri layihəsi: “İdman və media” ("İdman" TV)

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 2019-cu ilin yekunlarına əsasən təsis olunan mükafatlar:

Ədalətli oyun prinsiplərinə sadiq bədən tərbiyəsi və idman xadimi: Altay Həsənov

Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı: Rəşad Cavadov

Ədalətli oyun prinsiplərinə sadiq hakim: Eldar Zülfüqarov

Ədalətli oyun prinsiplərinə sadiq məşqçi: Əsgərxan Novruzov

Ədalətli oyun prinsiplərinə sadiq idmançı: Nazim Babayev

Ədalətli oyun prinsiplərinə sadiq səfir: “Bu şəhərdə” kollektivi

FƏXRİ DİPLOM

Bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi xidmətlərə görə: Səbuhi Qarayev, Xəyal Piriyev (kikboksinq)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right