Klublarımız Yaponiya və Şimali Koreya klubu ilə qarşılaşa bilər

Hər il olduğu kimi, bu qış da Antalyaya axın davam edəcək. Newsport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bu dəfə 3000 komandanın həmin şəhərdə toplanış keçməsi gözlənilir.

Bunu İdman Turizmi Birliyi Dərnəyinin sədri Rəcəp Şamil Yaşacan deyib. O bildirib ki, dekabrın 20-dən etibarən Antalya komandaları qəbul etməyə başlayıb. Yaşacan bu dəfə hətta Şimali Koreyadan belə, klub gələcəyini söyləyib: "Almaniya, Hollandiya, Danimarka, Belçika, Çexiya, Bolqarıstan, Rumıniya, Rusiya Ukrayna, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Çin, Şimali Koreya və Yaponiya da olmaqla bir çox ölkədən bura gələn klublar olacaq. Antalya üçün rekord ili olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən 8 klubun hamısı qış toplanışını Antalyada keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right