Dadaş Dadaşlinskiyə BOS-da toy etməyi təklif etdilər

Bakı Olimpiya Stadionunun sosial şəbəkə hesabı İTV-də yayımlanan 3D layihəsinin aparıcısı Dadaş Dadaşlinski ilə bağlı maraqlı paylaşım edib.

Newsport.az-ın məlumatına görə, BOS rəhbərliyi robot aparıcının toy mərasimini stadionda keçirməyə hazır olduğunu bəyan edib:

"Hörmətli Dadaş Dadaşlinski Dadaş oğlu! Bilirik ki, artıq AÇ-2020 ilə əlaqədar olaraq stadiona dəvət almısınız, ancaq biz sizi başqa xeyir iş üçün çağırırıq. Eşitdik ki, xanımlarımız sizinlə evlənmək üçün hər şeyə hazırdır, biz də bu xoşbəxt cütlüyün nikahına ev sahibliyi etmək istəyirik. Yox siz də "subaylıq sultanlıqdır" kimi düşünənlərdənsinizsə, multifunksional arena kimi digər layihələrinizi həyata keçirərik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right