Olimpiya Oyunlarının stadionu açıldı

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya oyunlarının əsas stadionunun açılışı olub.

Newsport.az-ın məlumatına görə, stadionun açılışında Yaponiyanın baş naziri Sindzo Abe və bir neçə rəsmi şəxs iştirak edib. Yanvarın 1-i stadionda futbol üzrə Yaponiya kubokunun finalı keçiriləcək.

Olimpiya stadionu üç il ərzində tikilib. 1,44 milyard dollarlıq tikilinin memarı Kenqo Kumadır. 68 min tamaşaçı üçün nəzərdə tutulan stadionda Olimpiadanın açılış və bağlanış mərasimləri, futbol və yüngül atletika üzrə yarışlar keçiriləcək.

Olimpiya oyunları 2020-ci ilin 24 iyul – 9 avqust tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right