Rüstəmdən qələbə, Hidayət məğlub oldu

Çinin Tsindao şəhərində cüdo üzrə "World Masters" seriyalı beynəlxalq turnir davam edir. 

Newsport.az saytının məlumatına görə, yarışın 2-ci günündə mübarizəyə iki cüdoçumuz qoşulub. Eyni çəki dərəcəsində - 73 kq-da çıxış edən təmsilçilərimizdən Rüstəm Orucov ilk görüşdə Özbəkistan idmançısı Hikmət Turayevə qalib gəlib.

Digər təmsilçimiz Hidayət Heydərov isə ilk görüşdə Çin cüdoçusuna qalib gəlsə də, növbəti mərhələdə məğlub olub. Hidayət Yaponiya idmançısı Masaşi Ebinumeyə uduzub.

Azərbaycan yığması turnirə 11 cüdoçu ilə qatılıb. Yarışın ilk günündə onlardan Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) tatami üzərinə çıxıb və heç biri mükafçılar sırasına düşə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right