Şəhriyar və Teymur gerilədi FİDE-nin yeni reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.

Newsport.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, noyabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 2 pillə geriləyib. O, 2772 reytinqlə 7-ci  pilləyə düşüb.

Son dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) də 1 pillə geriləyərək 10-cu pillədə qərarlaşıb.

Digər şahmatçılarımızdan Qədir Hüseynov (2666) 77-ci, Nicat Abbasov (2663) 82-ci, Rauf Məmmədov (2659) 89-cudur. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Qadınlar arasında Günay Məmmədzadə 27-ci (2455), Ülviyyə Fətəliyeva (2387) 76-cı, Gülnar Məmmədova (2386) 78-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2872) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2822) ikinci, Liren Dinq (Çin, 2801) üçüncüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right