"Güləşi seçməsəydim, mütləq futbolçu olardım"

Gəncədə “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində olimpiya çempionu Toğrul Əsgərov haqda çəkilən filmin nümayişi baş tutub.
 
Newsport.az xəbər verir ki, ekran işində güləşçinin həyatı əks olunub. Heydər Əliyev Mərkəzində reallaşan nümayişdə “Kəpəz” rəsmiləri də iştirak edib. Filmin təqdimatından sonra gəncəli pəhləvan çıxış edərək dəstəyə görə minnətdarlığını bildirib. O, “güləşi seçməsəydim, mütləq futbolçu olardım” deyərək zarafat edib.
 
“Kəpəz”in azarkeşi kimi tanınan Əsgərov mütəmadi olaraq komandanın çıxışı ilə maraqlandığını və klubun düşərgəsinə baş çəkdiyini bildirib: “Bütün gəncəli futbol azarkeşləri kimi, “Kəpəz” mənim də uşaqlığımın komandasıdır. 8 yaşımdan başlayaraq stadiona gedib doğma komandamıza dəstək verdiyim günlər heç vaxt yadımdan çıxmaz. Həmişə istəyirəm ki, klubumuz zirvələrdə olsun. Bu yolda da müəyyən addımlar atılsın. Mən də əlimdən nə gəlirsə, etməyə çalışıram. Hərdən bazaya gedib futbolçulara mənəvi dəstək verirəm. Bu klubun rəhbərliyində təmsil olunan bütün insanlarla münasibətim daim yaxşı olub. Bu gün də belədir. “Kəpəz”in yaxşı oyunlar göstərməsini, irəliləməsini, uğur qazanmasını arzulayıram. Hər bir gəncəli futbol azarkeşi kimi, istəmişəm ki, Gəncə klubu Premyer Liqada yarışsın, “Qarabağ” və “Neftçi” ilə eyni cərgədə dursun. Ümid edirəm ki, gələn il komanda elitada mübarizə aparacaq”.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right