Gimnastika Federasiyası bu il də gözoxşayan Yeni il şousu vəd edir

Azərbaycan Gimnastika Federasiyası (AGF) həmişə olduğu kimi, bu il də tamaşaçılara çox maraqlı və gözoxşayan bir Yeni il şousu vəd edir. Artıq hər kəsin səbirsizliklə gözlədiyi bu şou “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” adlanır.

Newsport.az-ın məlumatına görə, şounun süjet xəttinin əsasını Tarik və dostlarının sehrbazlıq biliklərinə yiyələnməsi, macəra axtarışında sehrli idman aləminə səyahəti və ən böyük ovsunun elə dostluğun gücü olması təşkil edir.

Gimnastika növləri üzrə yığma komandalarımızın üzvlərinin canlandıracağı hekayədə əsas qəhrəman Tarik Gimmasterin həyatı o, sehr və çevikliyi öyrənmək üçün Sehrli Gimnastika Arenasına qəbul edildiyi zaman tamamilə dəyişir. Tarik və onun Arenada tanış olduğu etibarlı dostları

Həmidə və Rauf sehrli idman dünyasında inanılmaz və ecazkar macəralar aləminə səyahətə çıxırlar. Onları müxtəlif gimnastika növlərində maraqlı sərgüzəştlər və şən sehrbazlıq dərsləri gözləyir. Sonda isə onlar anlayacaqlar ki, idmanda ən qüvvətli sehrbazlığın gücü – dostluğun gücüdür.

Əsrarəngiz dekorasiyalar, bir-birini əvəz edəcək xoş musiqilər və şou iştirakçılarının çox maraqlı nümayişləri tamaşaçıları Tarik Gimmasterin sehr və ovsun dolu aləminə səyahət etdirəcək. “Tarik Gimmaster və dostlarının sehrli sərgüzəştləri” şousu dekabrın 24-də Milli Gimnastika Arenasında keçiriləcək.

Şouya biletləri arenanın kassasından və onlayn (https://ticketing.mga.az/az/competition/76/#/buyticket) əldə etmək mümkündür. Biletlərin qiyməti 15, 20, 25 və 30 manat təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right