“Azərbaycan millisi hələ gəncdir, amma heyrətləndirir"

“Aerobika gimnastikası üzrə Azərbaycan millisinin son beş ildə əldə etdiyi nəticələr müsbət təəssürat oyadır“. Newsport.az xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyası (FIG) Akademiyasının eksperti, braziliyalı Katya Lemos deyib.

O bildirib ki, qısa müddət ərzində bu cür təkmilləşən ikinci komanda tanımır: “Azərbaycan komandası hələ gəncdir, amma onun keçdiyi inkişaf yolu heyrətləndirir. Fikrimcə, aerobika gimnastikası üzrə gələcək turnirlərdə komanda daha yaxşı nəticələr əldə edəcək”.

Bakıda keçirilən məşqçilik kurslarından danışan Katya Lemos peşəkar mütəxəssislərin hazırlanmasının vacibliyini vurğulayıb: “Bakıda kursların təşkili yüksək səviyyədə olur. Bu, mənim Azərbaycana ikinci səfərimdir, 2017-ci ildə ilk dəfə səfər etmişdim və bu müddət sizin şəhərə aşiq oldum”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right