Rəsul Çunayev küçədə məşq edir

Dünya və Avropa çempionatlarının dəfələrlə qalibi, Olimpiya Oyunlarında bürünc medal qazanmış yunan-Roma güləşçisi Rəsul Çunayev Bakı küçələrindən birində məşq edib.

Newsport.az-ın məlumatına görə, güləşçi məşqdən görüntüləri özünün "Instagram " səhifəsində yerləşdirib.

Dünya Güləş Birliyinin (UWW) jurnalisti Nazerke Sultanbek (Qazaxıstan) şərh bölməsində Çunayevdən nə üçün belə gediş-gəlişin çox olduğu küçəni seçdiyini soruşub. "Çünki artıq zalda alınmır, küçədə yoxlayırıq. Birdən lazım olar", - deyə Rəsul cavab verib.

Bu ilin sentyabrında Nur-Sultanda (Qazaxıstan) keçirilən lisenziyalı dünya çempionatında Çunayevin çıxışı uğursuz alınmışdı. 2020-ci ilin ilk yarısında o, daha iki lisenziyalı yarışda çıxış etməlidir.

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right