Azərbaycan yığmasına yeni baş məşqçi axtarılır

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinə baş məşqçi axtarışları davam edir. 

Newsport.az-ın məlumatına görə, Azərbaycan Voleybol Federasiyası bununla bağlı danışıqlar aparır.

Bu ilin mayında ölkəmizə dəvət olunan Covanni Kaprara ilə müqavilə sentyabrda - Avropa çempionatından sonra başa çatıb. Komandamız yanvarda keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə yeni mütəxəssisin rəhbərliyi altında çıxacaq.

Covanni Kaprara yığmanın baş məşqçisi kimi Qızıl Avropa Liqasında, 2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində və Avropa çempionatında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right