Millimizin oyunlarının təqvimi açıqlandı

Noyabrın 23-dən 28-nə qədər Gürcüstanın Tiflis şəhərində voleybol üzrə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatı keçiriləcək. Newsport.az xəbər verir ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq.
 
Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda öz güclərini sınayacaqlar.
 
Qeyd edək ki, yarışa hazırlıq məqsədilə, məşqlər 18 nəfərlik heyətlə davam edir. Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) Çempionatında çıxış edəcək millimizin baş məşqçisi, gənc, təcrübəli, voleybol üzrə qadınlardan ibarət milli komandanın məşqçisi Emin Əbilov təyin olunub.
 
A qrupu: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna
B qrupu: Belarus, Estoniya, Litva, Polşa
 
23 noyabr
15:00 Azərbaycan - Ukrayna
17:30 Gürcüstan - Rusiya
 
24 noyabr
15:00 Gürcüstan - Latviya
17:30 Rusiya - Ukrayna
 
25 noyabr
10:00 Latviya - Rusiya
15:00 Azərbaycan -Gürcüstan
 
26 noyabr
12:30 Rusiya - Azərbaycan
17:30 Ukrayna - Latviya
 
27 noyabr
10:00 Latviya - Azərbaycan
15:00 Ukrayna - Gürcüstan




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right