Ermənistanı məğlub edən Azərbaycan millisi 27 il sonra Avropa çempionatında mükafat qazandı

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə milli komandalar arasında Avropa çempionatında Azərbaycanın qadın yığması bürünc medal qazanıb.

Newsport.az-ın məlumatına görə, milli komanda sonuncu turda Ermənistanı 2,5:1,5 hesabı ilə məğlub edib.

Günay Məmmədzadə qələbə qazanıb. Digər üç şahmatçımız isə heç-heçə edib. Bu nəticə ilə komandamız 13 xal qazanıb və 27 il sonra Avropa çempionatının bürünc medalını qazanıb. Rusiya Avropa çempionu olub, meydan sahibi Gürcüstan isə qitə birinciliyinin gümüş medalına yiyələnib.

Kişilərin yarışında isə Azərbaycan millisi Sloveniyaya 3:1 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right