Millimizin oyunlarının vaxtı və yeri açıqlandı

Voleybol üzrə kişi və qadınlar arasında Avropa Olimpiya Təsnifat Turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib. Newsport.az xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı şəhər və qrup müəyyənləşib.

Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.

Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet sifariş edəcək.

Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burada ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.

Azərbaycan millisinin oyunlarının təqvimi:

A qrupu

7 yanvar

19:00. Polşa – Bolqarıstan

22:30. Azərbaycan – Hollandiya

8 yanvar

22:30. Bolqarıstan – Hollandiya

9 yanvar

19:00. Bolqarıstan – Azərbaycan

22:30. Hollandiya – Polşa

10 yanvar

23:00. Polşa – Azərbaycan

B qrupu

7 yanvar

16:00. Almaniya – Türkiyə

8 yanvar

16:00. Xorvatiya – Türkiyə

19:00. Belçika - Almaniya

9 yanvar

16:00. Belçika - Xorvatiya

10 yanvar

16:30. Almaniya - Xorvatiya

19:30 Türkiyə - Belçika

Final mərhələsi

11 yanvar

20:15 A1 - B2

23:45. B1 - A2

12 yanvar

20:30. Final





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah