Nazır: "Azərbaycan 10 ölkəyə yardım göstərməyə hazırdır"

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov dopinq programlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımı göstərməyə hazır olduğunu bildirib.

Newsport.az-ın məlumatına görəbu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Azad Rəhimov bu fikirləri Parisdə 29-31 oktyabr tarixlərində keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7-ci sessiyasında səsləndirib. Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq çox yüksək dəyərləndirilib.

Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edib.

Səfəri çərçivəsində A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmər üzrə müavini Nada al-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın idman və turizm naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov, Səudiyyə Ərəbistanı şahzadəsi Fahad bin Jalavi əl Səud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.

Tədbirin açılışında, eyni zamanda, idmanda dopinqinlə mübarizə və beynəlxalq əməkdaşlıq mövzusuna dair panel müzakirələrdə çıxış edən nazir Azad Rəhimov Azərbaycanın idman sahəsində qazandığı geniş təcrübə haqqında söz açıb, ölkəmizlə beynəlxalq strukturların idman əlaqələrinin genişləndirmə imkanlarını müzakirə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right