Avropa çempionatında daha bir medal

İsrailin Holon şəhərində keçirilən akrobatika gimnastikası üzrə Avropa çempionatının ikinci günündə də Azərbaycan gimnastları medal qazanıb..

Newsport.az-ın məlumatına görə, akrobatlar Avropa çempionatında daha bir bürünc medal qazanıblar. Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət cütlük bugünkü final mərhələsində fəxri kürsüyə yüksəliblər. Onlar bürünc medala sahib olublar.

Qeyd edək ki, yarışın birinci günü də Azərbaycan gimnastları üçün uğurlu olub. Murad Rəfiyev və Daniel Abbasov bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right